Moldovanın paytaxtı Kişineuda keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində Azərbaycan karateçiləri 6 medal qazanıblar.
"Football-plus.az" xəbər verir ki, yığma üzvlərindən Elnur Qasımzadə 67 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Hikmət Ağayev 60 kq, Əliəkbər Əlizadə 75 kq çəkidə gümüş medal əldə edib.
Bürünc medallara isə Şaiq Osmanov 75 kq, Sahib Sahibli 84 kq və Elmin Hüseynli 84 kq çəki dərəcələrində yiyələnib.
Qeyd edək ki, milli yarışa deflimpiya üzrə baş məşqçi Seymur Xudaverdiyevin rəhbərliyi altında qatılıb. Bundan əlavə, yarışda beynəlxalq dərəcəli hakim Şahin Xudaverdiyev hakim qismində təmsil olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta