AZ

İrandan Azərbaycana təxliyə edilmiş Rusiya vətəndaşı: Hər şey sadəcə möhtəşəm təşkil olunub

Rusiya nümayəndə heyəti indi operativ şəkildə sərhədi keçir. Burada qidalanma, içkilər təşkil olunub, hər şey sadəcə möhtəşəmdir.

Bu barədə İrandan Azərbaycana təxliyə edilmiş Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Elina Sidorenko öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, sonrakı hərəkət üçün rahat avtobuslar təmin edilib.

“Üç-dörd saat ərzində Rusiya vətəndaşlarını Bakıya yol gözləyir, bundan sonra hava limanından uçuş planlaşdırılır”, – E.Sidorenko qeyd edib.

Daha əvvəl İrandan Azərbaycana bir neçə qrup rusiyalı, o cümlədən artistlər, alimlər, neft sektorunun işçiləri təxliyə edilib.

Bakı gərginliyin artması fonunda bir sıra xarici dövlətlərin İrandan öz vətəndaşlarının çıxarılmasına kömək göstərilməsi xahişi ilə müraciətlərinə müsbət cavab verib.

“Report”

Seçilən
21
ikisahil.az

1Mənbələr