AZ

Bred Pitt sevgilisi Ines de Ramon ilə birlikdə tərzini cavanlaşdırdı - FOTO

Sevgilisi Ines de Ramon ilə birlikdə stilini də gəncləşdirən Bred Pitt, son fotolarında geyim seçimləri ilə diqqət mərkəzində olmağı bacarıb
Sherg.az
xəbər verir ki,  Bred Pitt, altı övladının anası Angelina Coli  ilə 2016-cı ildə ayrıldıqdan və 2019-cu ildə rəsmi boşandıqdan sonra kameralardan uzaq keçirdiyi illərin əvəzini sevgilisi Ines de Ramon ilə çıxarır.
2022-ci ilin sonlarında başladığı ehtimal edilən münasibətini dolu-dolu yaşayan 61 yaşlı Pitt, 32 yaşlı zinət əşyaları dizayneri sevgilisi ilə əl-ələ, göz-gözə kameralar qarşısına çıxmaqdan çəkinmir.
Gənc sevgilisi ilə birlikdə tərzini də cavanlaşdıran Pitt, Ramon ilə Manhattanda görüntüləndikdə parlaq geyimləri ilə diqqət çəkib.
İki gecə ardıcıl görüntülənən Pitt, parlaq ipək köynək və şalvardan ibarət stili ilə çox danışılıb. Yüngül tərzdə olan geyimində, şalvarının cırıq diz detalı da gözlərdən yayınmayıb.

İkinci gecə görüntüləndikdə isə Pitt, parıltılı məxmər pencəyi ilə diqqət mərkəzində olub.
Pittin son zamanlarda verdiyi ən maraqlı fotolardan biri isə komediyaçı Jimmy Fallonun televiziya şousu üçün geyindiyi libasla olub. Həm Pitt, həm də Fallon oxşar geyimlərdə kameralar qarşısında frizbi oynayıblar.


Batik boyası ilə rəngləndirilmiş geyimlərdə frizbi oynayaraq çox əylənən bu ikilinin görüntüləri yaxın günlərdə Jimmy Fallonun "The Tonight Show" proqramında yayımlanacaq.
Pitt həmin proqramda 27 iyunda nümayiş olunacaq "F1" filminin tanıtımını edəcək.
Seçilən
25
1
sherg.az

2Mənbələr