BAKI, 16 iyun. TELEQRAF
İran polisi Rey şəhərinin Faşapuye rayonunda İsrail kəşfiyyat xidməti - Mossadın iki agentini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayır. Bildirilir ki, onların üzərində 200 kq-dan çox partlayıcı tapılıb.
Onlardan həmçinin 23 pilotsuz uçuş aparatı (PUA) üçün buraxılış qurğuları, istiqamətləndirmə sistemləri və idarəetmə pultu götürülüb.