“Tottenhem”in hücumçu Matis Tel üçün “Bayern”ə nə qədər pul ödədiyi məlum olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər fransalı futbolçunun 45 milyon avroya transferi ilə bağlı razılığa gəliblər və forvardla 6 illik müqavilə imzalanıb.
İngiltərə klubu bu gün Teli aldığını rəsmən açıqlayıb.
“Tottenhem” 20 yaşlı hücumçunu 2024/25 mövsümünün əvvəlində Münhen klubundan icarəyə götürüb.
O, bu müddət ərzində bütün turnirlərdə 20 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.