Bazar günü İranın şimal-şərqindəki Məşhəd hava limanında yanacaq dolduran təyyarə vuruldu. Bu, keçən həftə İrana qarşı əməliyyat başlayandan bəri ən uzaqmənzilli hücumdur.
Axar.az xəbər verir ki, bu barədə israil ordusu məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İranın şərqindəki Məşhəd hava limanında, İsraildən təqribən 2300 kilometr aralıda yanacaq dolduran İran təyyarəsini vurub”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə İsrail Məşhəd şəhərindəki “Şəhid Haşiminejad” hava limanını vurduğunu əks etdirən görüntü yayılmışdı.