AZ

Keçmiş prezidentin xidməti maşını satışa çıxarıldı - FOTO

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin xidməti avtomobili satışa çıxarılıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın avtomobil saytları məlumat yayıb. 1962-ci ilin istehsalı olan avtomobil 10 250 kilometr qət edib.

Maşın tam bərpa olunub, mühərrik və avtomt ötürmə orijinallığını axlayıb, salon yenilənib.
5,5 litrlik V8 benzin mühərriklə təchiz edilmiş avtomobil üçün satıcı 11,5 milyon rubl (245 000 AZN) tələb edir. 

Qeyd edək ki, Eduard Şevardnadze Gürcüstan SSR-in daxili işlər, Gürcüstan KP MK-nın birinci katibi (1972-1985), SSRİ-nin xarici işlər, müstəqil Gürcüstanın isə prezidenti (1995-2003) olub.

Vüqar

FOTO QALEREYA
Seçilən
11
avtosfer.az

1Mənbələr