"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Tottenhem"in futbolçusu Son Hın-Minin transferini istəyir.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu "X" (əvvəlki "Twitter") sosial şəbəkəsində məlumat verib.
Mourinyo artıq futbolçu ilə görüşərək mümkün keçidi müzakirə edib. Portuqaliya mütəxəssisin və hücumçunun arasında yaxşı münasibətlərin mövcud olduğu bildirilir. Onlar daha əvvəl Londonda — "Tottenhem"də birlikdə çalışıblar.
"Tottenhem" bu transfer üçün minimum 30 milyon avro tələb edir.
Qeyd edək ki, Son Hın-Min 2015-ci ildən "Tottenhem"də çıxış edir. O, başa çatan mövsümdə komandasının heyətində 46 oyuna çıxaraq 11 qol vurub və 12 məhsuldar ötürmə verib.