İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidi mərhələli şəkildə davam edir.
Operativ Media xəbər verir ki, bu gün sayca dördüncü təxliyə qrupu Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçərək, ölkə ərazisinə daxil olub.
Təxliyə olunan şəxslərin əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Onlar İran İslam Respublikasında müxtəlif sahələrdə – o cümlədən incəsənət, təhsil və xidmət sektorlarında fəaliyyət göstəriblər.
Qrupun bir hissəsi isə artıq dünən Azərbaycan ərazisinə keçib və bütün zəruri prosedurlardan sonra müvafiq qaydada təyinat yerlərinə yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər