İran İsrailin hədəflərinə yeni raket hücumlarına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tasnim” məlumat yayıb.
Məlumata görə, İran tərəfindən azı 50 ballistik raket buraxılıb.
***
İsrail KİV xəbər verir ki, raketlər Təl-Əviv, Hayfa və Aşkelonu hədəf alıb.
***
“Middle East Eye” xəbər verir ki, İranın hücumlarında hədəflər arasında İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı və Hadera elektrik stansiyası da olub.
***
Hazırda İsrailin bir çox ərazilərində sirenalar səslənir. Əhaliyə mümkün qədər sığınacaqlardan çıxmamaq əmri verilib.
***
“Al-Jazeera” xəbər verir ki, hazırda İran raketləri paytaxt Təl-Əviv və Hayfa şəhərlərini vurur.
***
İsrail radiosu:
“Raketlərdən biri Hayfaya, digəri isə Təl-Əvivdəki binaya tuş gəlib”.