AZ

iPhone istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sony" şirkəti "PlayStation Store"da ödəniş imkanlarını genişləndirərək "PlayStation 5" istifadəçiləri üçün "Apple Pay" ödəniş xidmətini dəstəkləməyə başladı.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Qeyd edilir ki, əvvəllər "Apple Pay" vasitəsilə ödəniş yalnız brauzerdə və "Sony"nin "Apple" qurğularındakı mobil tətbiqində mümkün idi.

İndi isə ödəniş sistemi birbaşa "PS Store"a inteqrasiya edilib.

"Apple Pay" şirkətin keçən ilin yayında iOS 18-də təqdim etdiyi QR-kod mexanizmindən istifadə edir. Bu funksiya yalnız "PlayStation Store"da deyil, "Google Chrome" daxil olmaqla, üçüncü tərəf brauzerlərdə də əməliyyatların aparılmasına imkan verir.

Hazırda "Apple Pay" sistemi yalnız "PlayStation 5"də inteqrasiya edilib. Gələcəkdə bu cür ödənişin "PlayStation 4"də də tətbiq edilməsi istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
news24.az

3Mənbələr