AZ

İranda çalışan rusiyalı mütəxəssislər və ailə üzvləri Azərbaycana keçib

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda neft sektorunda çalışan rusiyalı mütəxəssislər və onların ailə üzvlərindən ibarət böyük qrup “Astara” dövlət sərhəd-keçid məntəqəsinə çatıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, burada onların rahatlığı və səhhətində hər hansı problem yaranacağı təqdirdə müdaxilə üçün tibb heyəti hazır vəziyyətdə gözləyir.

Qeyd edək ki, iyunun 15-də Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin də İrandan Azərbaycana təxliyəsi uğurla başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
yeniavaz.com

1Mənbələr