Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.
Dənizkənarı Milli Parkdan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.
Millimizin Araz Musayevi bıçaqlayan baş məşqçisi həbs edildi
APA TV-nin 12 yaşı tamam olur
Nazirlikdən açıqlama: "İnanırıq ki, hüquq-mühafizə orqanları..."
Elmira Aslanova və Vəfa Musayeva bir arada: Everest fatehləri
Yığmamız Dünya kubokunu 12-ci sırada bitirib