AZ

Çinin ölkəmizdəki səfiri bu universitetə gəldi

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ADU-nun qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.

“Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr Çin dilinə, mədəniyyətinə, tarixinə böyük maraq və diqqət göstərir. Bu işdə bizə Konfutsi İnstitutu yaxından köməklik edir. ADU elmi, mədəni əlaqələrin qurulmasında beynəlxalq əməkdaşlığa böyük önəm verir. Çin Xalq Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə elmi, mədəni əlaqələrin qurulmasında Çinin ölkəmizdəki səfirliyinin böyük rolu var. Biz inanırıq ki, əməkdaşlığımız bundan sonra da yüksələn xəttlə inkişaf edəcəkdir”, - rektor vurğulayıb.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkələr arasında elmi, mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm işlər görülür.

Görüş zamanı ADU-nun Çinin Xudjou Universiteti ilə sıx əməkdaşlıq etməsi, Konfutsi İnstitu ilə qarşılıqlı elmi layihələrin həyata keçirilməsi, Çin dili, mədəniyyəti, tarixinin öyrənilməsi ilə bağlı təhsil əlaqələrinin genişləndirilməsi, Çin evinin qurulmasının perspektivləri, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi ətrafında fikir mübadilələri aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
2
axar.az

3Mənbələr