İsrailin ordusunun hücumları zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi və müavini həlak olub.
Publika.az xəbər verir ki, bu barədə İsrail KİV-i İDF-yə istinadla məlumat yayıb.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat rəhbəri, briqada generalı Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq İsrailin hava hücumları nəticəsində dağıntılar altında qalaraq ölüblər.