AZ

Ərdoğan Trampı İsrail-İran münaqişəsini dayandırmağa çağırdı

Bu gün Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan yenidən ABŞ prezidenti Donald Trampa zəng vurub.

Musavat.com Türkiyə prezidentinin ofisinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, danışıq zamanı İsrail-İran münaqişəsi müzakirə olunub.

Ərdoğan ABŞ prezidentinin İsrail və İran arasında münaqişəyə son qoyulması və regionda sülhün bərqərar olunması ilə bağlı son bəyanatlarını alqışlayıb və bütün regionu alovlandıra biləcək fəlakətin qarşısının alınması üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Ərdoğan deyib ki, diplomatiya İranın nüvə mübahisəsini həll etməyin yeganə yoludur: "Türkiyə hər cür səy göstərməyə və kömək göstərməyə hazırdır”. Türkiyə prezidenti həmçinin bildirib ki, “İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralı hər iki tərəfə qarşısıalınmaz iqtisadi və mülki ziyan vurub və bu təhlükəli tendensiyanın qarşısı alınmalıdır”. Ərdoğanla Tramp arasında regiondakı vəziyyətlə bağlı əvvəlki söhbət iyunun 14-də baş tutub.

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr