Yaxın Şərqdə gərginliyin artması neftin qiymətini bir barrel üçün 300 dollara çatdıra bilər.
ONN media xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Almaniya xarici işlər naziri Vadefulla telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması iqtisadi sarsıntılara səbəb ola bilər:
“Hərbi əməliyyatlar başlasa, neftin qiyməti bir barrel üçün 200-300 dollara qədər yüksələ bilər”.