AZ

İranın Məşhəd beynəlxalq hava limanı vurulub

BAKI, TurkicWorld

İsrail İranın şimal-şərqində yerləşən Xorasan vilayətinin Məşhəd şəhərində “Şəhid Haşeminejad” Beynəlxalq Aeroportunu vurub.

TurkicWorld xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, hava limanının uçuş-eniş zolağına zərbələr endirilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
16
2
turkic.world

3Mənbələr