AZ

Qattuzo İtaliya millisinin baş məşqçisi oldu

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edilib.

"Unikal" xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) məlumat yayıb. 

Bu vəzifədə o, iyunda istefa verən Sankt-Peterburqun "Zenit" klubunun sabiq baş məşqçisi Luçano Spalettini əvəzləyib.

Qattuzonun 47 yaşı var. O, İtaliyanın “Palermo”, “Piza”, “Milan”, “Napoli”, İsveçrənin “Sion”, Yunanıstanın OFİ, İspaniyanın “Valensiya”, Fransanın “Marsel” və Xorvatiyanın “Hayduk” klublarına rəhbərlik edib. Qattuzo bir oyunçu kimi İtaliya millisinin heyətində dünya çempionu olub. 

Seçilən
18
5
unikal.az

5Mənbələr