"Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq".
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. İlk qrup sabah axşam saatlarında Azərbaycana çatacaq", - V.Cahangiri bildirib.
O qeyd edib ki, 100 nəfərə yaxın sonuncu zəvvar qrupunun isə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycana yola düşməsi planlaşdırılıb.
Xatırladaq ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayrılıb. Həmçinin ilk zəvvar qrupu mayın 25-də yola düşüb.
10Mənbələr
-
adalet.azZəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi ( 18277837)
-
demokrat.azİsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq? ( 18269638)
-
yenisabah.azZəvvarlar Azərbaycana necə qayıdacaq? RƏSMİ AÇIQLAMA ( 18269434)
-
yenisabah.azZəvvarlar Azərbaycana necə qayıdacaq? - RƏSMİ AÇIQLAMA ( 18269407)
-
olke.azİsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq? ( 18268810)
-
yeniavaz.comİsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq? ( 18268672)
-
far.azQMİ rəsmisi: İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayaca ( 18268447)
-
milli.azQMİ: Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq ( 18268423)
-
redaktor.azZəvvarların Azərbaycana qayıdışı qrafikə uyğun davam edəcək ( 18266728)
-
apa.azQMİ rəsmisi: İsrail İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq ( 18266470)