Göygöldə 21 yaşlı gənci oğlanı elektrik cərəyanı vurub, yanıq xəsarətləri alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. 2004-cü il təvəllüdlü N.Orucov bədənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, N.Orucovu işıq dirəyinin üstünə "tok" vuraraq yerə atıb. Bu zaman o yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov