AZ

Futbolçu kimi dünya çempionu olduğu komandanı çalışdıracaq

Cennaro Qattuzonun futbol üzrə İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.

İdman.biz xəbər verir ki, 47 yaşlı mütəxəssisin təqdimatı iyunun 19-da olacaq.

Qattuzo futbolçu kimi 2000-2010-cu illərdə İtaliya millisində 73 oyunda 1 qol vurub, 2006-cı ildə dünya çempionu olub.

Baş məşqçi karyerasına 2013-cü ildə başlayan italiyalı ən böyük uğuruna 2020-ci ildə "Napoli" ilə İtaliya kubokunu qazanmaqla imza atıb. O, həmçinin "Milan", "Valensiya", "Marsel" kimi komandaları çalışdırıb. Son olaraq Xorvatiya "Hayduk"unun baş məşqçisi olub.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr