Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan üçün 15 İyun məhz belə bir gündür — dağınıqlıqdan birlik mərhələsinə keçidin, ümidsizlikdən sabaha inamın təməl daşının qoyulduğu tarixdir.1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini qazansa da, daxili xaos, siyasi qarşıdurmalar və idarəolunmaz vəziyyət ölkəni parçalanmaq həddinə gətirmişdi. Xalqın gözü ümidlə bir liderə, bir istiqamət verənə yönəlmişdi. Və həmin anda tarixin səhnəsinə bir dəfə də çıxan Heydər Əliyev, yalnız bir siyasətçi kimi yox, bir zəka simvolu kimi tarixə imza atdı.Bu gün sadəcə siyasi qayıdış deyil, bir qurtuluş fəlsəfəsi idi.O fəlsəfədə silahlar danışmadı, ağıl danışdı.Təhdidlərə qarşı qorxu ilə deyil, soyuqqanlı strateji yanaşma ilə cavab verildi.Birliyin və dövlətin bünövrəsi danışıqla, uzaqgörənliklə, milli məsuliyyətlə quruldu.15 İyun bizə öyrətdi ki,Əsl liderlik qorxutmadan yönəltməkdir.Əsl güc insanlara sabah üçün ümid verə bilməkdir.Əsl silah – xalqı birləşdirə biləcək ağıldır.15 İyun – sadəcə keçmişin xatirəsi deyil.O, hər bir azərbaycanlının yaddaşında duran milli dirçəlişin ad günü, Ağlın qələbəsinin tarixidir.Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.