AZ

Tehran bazarı fəaliyyətini dayandırıb

Bakı. Trend:

İsrailin İrana hərbi hava hücumlarının davam etməsi fonundaTehranın böyük bazarı fəaliyyətini dayandırıb.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, sahibkarlar mağazalarını bağlayaraq bazarı tərkediblər.

Əlavə edək ki, hazırda İsrailin İrana hərbi hücumları davamedir. Tehran, Təbriz və digər şəhərlərdə partlayış səslərinineşidildiyi qeyd olunur.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Seçilən
15
1
az.trend.az

3Mənbələr