Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri bazar günü misli görünməmiş təxliyə xəbərdarlığı yayıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, İranın nüvə proqramına qarşı əməliyyatın üçüncü günü davam etdiyi bir vaxtda, silah istehsalı zavodlarının ətrafında olan İran mülki şəxslərindən həmin əraziləri dərhal tərk etmələri tələb olunub.
İsrail ordusunun ərəbdilli sözçüsü, polkovnik Aviçay Adraee X platformasında bildirib:
"Hal-hazırda silah istehsalı zavodlarının və onlara dəstək verən müəssisələrin içində və ya ətrafında olan, oraya gəlməsi gözlənilən bütün şəxslər dərhal bu əraziləri tərk etməlidirlər və yeni xəbərdarlığa qədər geri qayıtmasınlar."
O əlavə edib: "Bu obyektlərin yaxınlığında olmaq həyatınızı riskə atır."
Eyni xəbərdarlıq ordunun farsdilli sözçüsü, ehtiyatda olan baş çavuş Kamal Penhasinin hərbi qurumun fars dilindəki X hesabından da səsləndirilib.
Bazar günü Tehranda və ölkənin digər yerlərində partlayış səsləri eşidilməyə davam edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.