AZ

Milli komanda başsız qaldı...

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Amma qeyd olunan yaş qrupu hazırlığa baş məşqçi Aqil Nəbiyevsiz başlayacaq.

Buna səbəb çalışdırcının hazırda Slovakiyada olmasıdır.

O, Avropa ölkəsinə AFFA-nın təşkilatçılığı ilə UEFA Pro kursunun 2-ci mərhələsində iştirak etmək üçün yollanıb.

Və qayıdış elə də erkən baş tutmayacaq.

İyunun 20-si Bakıya dönəcək Nəbiyev yalnız bundan sonra düşərgədə yer alacaq.

Bu isə o deməkdir ki, baş məşqçi yalnız ikinci sınaq matçında komandanın başında olacaq.

Ona kimi isə kollektivi onun köməkçiləri - Emin İmaməliyev və Emin Mustafayev idarə edəcək.

U-16 hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək.

U-16 iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlanacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr