AZ

İsrail-İran münaqişəsi yalnız diplomatik yolla həll oluna bilər - Hakan Fidan

BAKI, TurkicWorld

İranın nüvə proqramı ilə bağlı məsələ yalnız danışıqlar yolu ilə həll oluna bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyalı həmkarı sergey Lavrovla telefon danışığı zamanı bildirib.

Nazir, bu vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb və bildirib ki, münaqişəyə son qoymağın və İranın nüvə proqramı ilə bağlı problemi həll etməyin yeganə yolu diplomatiyadır.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Seçilən
10
turkic.world

1Mənbələr