AZ

“İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir” Ərdoğan

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, hücumların nüvə sazişi müzakirələrinin altıncı raundu ərəfəsində baş tutması diqqətçəkən məqamdır.

Ərdoğan qeyd edib ki, nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır.

Türkiyə lideri, həmçinin əlavə edib ki, son hadisələr diqqətləri Qəzzadan yayındırmamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
8
azpolitika.info

10Mənbələr