AZ

“Betis” Anxel Ortislə müqaviləsini yenilədi

İspaniyanın “Betis” klubunun rəhbərliyi “helipolitlər”in 20 yaşlı ispan sağ cinah müdafiəçisi Anxel Ortislə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə La Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Anxel Ortis “Betis”in məzunudur. Müdafiəçi, böyük futbol karyerası ərzində ancaq Sevilya təmsilçisinin uğurları üçün çalışıb.
“Sütül” futboçu bu komanda üçün ümumilikdə cəmi 6 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Klub gənc futbolçunu ümidverici istedad olaraq baxışdan keçirir.

Anxel Ortis İspaniyanın U-18 və U-19 yığmalarına cəlb edilib.
Gənc futbolçu böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr