AZ

Badmintonçularımızdan Venesuelada 2 medal

Azərbaycan badmintonçuları Venesuelada keçirilən "Future" seriyası üzrə beynəlxalq turnirdə iki gümüş medal qazanıblar.

Apasport.az xəbər verir ki, kişilər arasında fərdi kateqoriyada Ülvi Hüseynov Venesuela, Braziliya və Meksika təmsilçilərini məğlub edərək finala yüksəlib. O, yalnız İngiltərədən olan rəqibinə uduzaraq, turniri gümüş medalla başa vurub.

Qarışıq cütlər kateqoriyasında Ülvi Hüseynov - Leyla Camalzadə dueti Venesuela və Meksikadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Lakin həlledici görüşdə Azərbaycan idmançıları meksikalı cütlüyə uduzaraq 2-ci yerlə kifayətləniblər.

Qeyd edək ki, bundan əvvəl badmintonçularımız Venesuelada keçirilən daha bir açıq turnirdə üç qızıl medal qazanıblar.

BOK-un prezidenti istefa verib

Danimarka Avropa çempionu olub

Paris-2024 mükafatçıları medalları qaytarır - SƏBƏB

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi keçirililib

İlin idman tədbiri - "Formula-1" üzrə Azərbaycan Qran-prisi

Seçilən
6
1
apasport.az

2Mənbələr