AZ

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan badmintonçuları Venesuelada keçirilən “Future” seriyalı beynəlxalq turnirdə iki kateqoriya üzrə gümüş medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Ülvi Hüseynov kişilərin şəxsi yarışında Venesuela, Braziliya və Meksika təmsilçilərinə qalib gələrək finala yüksəlib. Ülvi qızıl medal uğrunda qarşılaşmada İngiltərə badmintonçusuna uduzaraq turniri gümüş medalla bitirib.

Qarışıq qoşa kateqoriyasında Venesuela və Meksikadan olan rəqiblərinə qalib gələrək finala yüksələn Ülvi Hüseynov - Leyla Camalzadə tandemi isə həlledici görüşdə məğlub olub. Meksikalı rəqiblərinə uduzan badmintonçularımız qarışıq qoşa kateqoriyasında gümüş medal qazanıblar.

Xatırladaq ki, badmintonçularımız daha öncə Venesuelada keçirilən açıq turnirdə 3 kateqoriya üzrə qızıl medal əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
10
azertag.az

10Mənbələr