AZ

İran XİN: İsrail hücumları dayandırsa, biz də dayandıracağıq

“Əgər İsrail İrana qarşı təcavüzünü dayandırarsa, İran da öz hücumlarını dayandıracaq.”

Operativ Media xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi bölgədəki gərginliklə bağlı açıqlama yayıb.

Bildirilib ki, Tehran müxtəlif diplomatik kanallar vasitəsilə ABŞ-dən, Vaşinqtonun İsrailin İrana qarşı hücumlarında iştirak etmədiyi və etməyəcəyi ilə bağlı mesajlar alıb.

Lakin İran tərəfi bu mesajlara etimad göstərmir.

Nazirliyin bəyanatında qeyd olunub:

“Əgər İsrail İrana qarşı təcavüzünü dayandırarsa, İran da öz hücumlarını dayandıracaq.”

Eyni zamanda, İran nüvə proqramı ilə bağlı da yeni mövqeyini açıqlayıb.

Xarici İşlər Nazirliyi bəyan edib ki, İran nüvə silahına sahib olmayacağını təmin edən bir razılaşma imzalamağa hazırdır.

“İran nüvə silahına malik olmamaq öhdəliyini təsdiqləyən razılaşmanı imzalamağa hazırdır,” – deyə bəyanatda vurğulanıb.

Seçilən
54
operativmedia.az

1Mənbələr