AZ

İsrail HHQ Tehrana genişmiqyaslı zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir sıra hədəflərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələri İran rejiminin nüvə silahı hazırlama layihəsi ilə əlaqəli bir sıra hədəflərə qarşı genişmiqyaslı kəşfiyyat xarakterli zərbələr endirib”, – deyə açıqlamada qeyd olunur.

Hücumların əsas hədəfləri İran Müdafiə Nazirliyinin və Müdafiə İnnovasiyaları və Tədqiqatlar Təşkilatının qərargahları olub.

Bundan əlavə, Tehranda yerləşən yanacaq çənləri də zərbələrə məruz qalıb.

 

Seçilən
10
7
tribunainfo.az

8Mənbələr