AZ

Hindistanda bu dəfə helikopter qəzaya uğradı: Ölənlər var

Hindistanın şimalında, Himalay dağlarında yerləşən Uttarakhand əyalətində helikopter qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadisə barədə yerli ANI agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterdə pilot da daxil olmaqla 7 nəfər olub. NDTV-nin verdiyi xəbərə əsasən, bütün sərnişinlər həyatını itirib. Lakin ölənlərin sayı ilə bağlı hələlik rəsmi təsdiq olunmuş məlumat yoxdur.

Qəza zamanı helikopter Kedarnath kəndindən qayıdırmış. İlkin ehtimallara görə, hadisə əlverişsiz hava şəraiti səbəbindən baş verib.

Kənan
Milli.Az

Seçilən
61
50
milli.az

10Mənbələr