ain.az, Milli.az portalına istinadən məlumat yayır.
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi ABŞ-lı yəhudi iş adamı ilə ailə qurdu - cəmi 4 gün sonra İsraildən İrana raket zərbəsi endirildi
Fransanın paytaxtı Paris 8 iyun tarixində xüsusi bir mərasimə ev sahibliyi etdi. İranın sürgündə olan şah ailəsinin üzvü, 31 yaşlı İman Pəhləvi, ABŞ-lı yəhudi iş adamı Bred Şerman ilə toy mərasimi keçirdi. Toyda İranın sürgündəki kral ailəsi üzvləri və beynəlxalq qonaqlar iştirak edib.
İman Pəhləvi daha əvvəl sevgilisi ilə Nyu-Yorkda rəsmi nikaha daxil olmuşdu. Parisdə keçirilən toy mərasimi isə onların evliliklərini rəsmiləşdirməklə yanaşı, siyasi simvolizm daşıyan bir hadisə kimi də qiymətləndirilir.
"Əgər 1979-cu il baş verməsəydi, bu toy dövlət səviyyəsində qeyd olunardı"
Sosial şəbəkələrdə toyla bağlı paylaşımlar diqqət çəkib. İranlı yəhudi bloqçu Nioh Berg platforma X (əvvəlki Twitter) üzərindən belə yazıb:
"Şahzadə İman Pəhləvi və Bred Şermanın toy günü münasibətilə bütün İran millətini təbrik edirəm! Ümid edirik ki, yaxın gələcəkdə Krallıq Ailəmizi İranda xalqla birgə görə biləcəyik. 1979 heç yaşanmasaydı, bu toy dövlət mərasimi olardı."
Toydan 4 gün sonra İsrail hücumu: Təsadüf, yoxsa mesaj?
Toydan cəmi dörd gün sonra - 12 iyun tarixində İsrail İrana qarşı genişmiqyaslı raket hücumu həyata keçirdi. Təl-Əvivin yönəltdiyi zərbələrdə Tehran, Natanz kimi strateji əhəmiyyətli bölgələrin vurulduğu bildirilir. ABŞ-ın bu əməliyyata dolayı dəstək verdiyi də iddialar arasındadır.
Analitiklər toy və hücumun zamanlamasını təsadüf saymır. Pəhləvi ailəsinin Qərb dairələri ilə yaxın əlaqələri fonunda bu hadisələr Orta Şərqdə yeni siyasi düzən ehtimallarını gücləndirib.
Netanyahudan diqqətçəkən mesaj
İsrail Baş naziri Benyamin Netanyahu əməliyyatla bağlı verdiyi açıqlamada hücumun İran xalqına qarşı yox, İslam rejiminə qarşı yönəldiyini vurğulayıb:
"İranın qürurlu xalqına səslənirəm. Biz 'Yüksələn Aslan' əməliyyatının ortasındayıq. Təxminən 50 ildir sizə zülm edən İslam rejimi İsraili məhv etməklə hədələyir. Bizim məqsədimiz bu təhdidi aradan qaldırmaq və sizin azadlığınıza gedən yolu açmaqdır."
Şah tərəfdarları yenidən səhnədə
Hazırkı İran rejiminə qarşı müxalif olan çevrələrdə Pəhləvi ailəsi simvolik liderlik ümidini yaşadır. Bu toy hadisəsi onların daha da ön plana çıxmasına səbəb olub. ABŞ və İsrailin bu kontekstdəki addımları isə Orta Şərqdə güc balansının dəyişə biləcəyinə dair sualları gündəmə gətirib.
İman Pəhləvinin Parisdəki toy mərasimindən görüntülər:
Kənan
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.