Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
1993-cü ilin 15 iyun tarixinin Azərbaycanın müstəqillik, dövlətçilik və siyasi tarixində əlahiddə yeri var. Xalqımızın Ümummilli Lideri HeydərƏliyevin adı ilə bağlı olan bu tarix müstəqilliyimizinvə dövlətimizin xilas günüdür. Ona görə iyunun 15-irespublikamızda dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd olunur. Müasir Azərbaycanın bütünuğurları öz başlanğıcını Milli Qurtuluş Günündəngötürür.
Müstəqilliyimizin ilk illərində respublikamızdayaranmış siyasi situasiyanı yaxşı xatırlayırıq. AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz fəaliyyətidövlət idarəçiliyini demək olar ki, iflic vəziyyətinəsalmışdı. Hakimiyyəti zorakı yolla ələ keçirən buqaragüruh qruplaşma mövcud idarəçilik sisteminisıradan çıxarmış və nəticə etibarilə ölkədə xaotikvəziyyət yaratmışdı. Bütün bunların nəticəsi kimi respublikada həyatın bütün sahələrini böhran bürümüş, iqtisadiyyat çökmüş, inflyasiya tarixdə görünməmiş dərəcədə yüksəlmiş, əhalinin sosial vəziyyətiağırlaşmışdı.
Ən acınacaqlısı isə o idi ki, AXC-Müsavatcütlüyünün yarıtmaz fəaliyyəti Ermənistanın hərbi təcavüzü şəraitində torpaqlarımızı müdafiəsiz qoymuşdu. Digər tərəfdən respublikamızın ayrı-ayrı yerlərində separatçılıq meyilləri baş qaldırmışdı. Belə bir vəziyyətin meydana çıxması isə yenicə əldə edilmiş müstəqilliyimiz və bütövlükdə, dövlətimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. Xalqımız 1920-ci ildə olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamağa və müstəqilliyini itirməyə çox yaxın idi. Bundan daha ağırı o idi ki, Azərbaycan həm dəparçalanmaq və xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü il iyun ayının 4-də Gəncədə hərbiqarşıdurmanın baş verməsi respublikadakı siyasigərginliyi daha artırmışdı. Azərbaycan artıq uçurumunkənarında, məhv olmağın bir addımlığında idi. Baş verənhadisələr, cərəyan edən proseslər həm də onu diqtəedirdi ki, vəziyyətdən çıxış üçün Azərbaycan xalqınıngüclü siyasi liderə ehtiyacı var idi. Həmin lider isə ozaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışanHeydər Əliyev idi. Təsadüfi deyil ki,1993-cü ilin ağır iyun günlərində bütün Azərbaycan ictimaiyyəti, o cümlədən ölkədə böhranlı və gərgin vəziyyətin yaranmasına səbəb olmuş siyasi qruplar da vəziyyətdən çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət edilməsində görürdülər. Heydər Əliyev sonralar bu barədə danışarkən deyib:
“1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar da belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Xalqın təkidli istək və çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəki vəziyyəti kökündən dəyişərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimi xilasmissiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı, ilk növbədə hərbiqarşıdurmanın, silahlı dəstələrin Bakıya yürüşününqarşısını aldı. İyun ayının 15-də isə Ulu Öndər HeydərƏliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Cəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürü, habelə bütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözün bütünmənalarında xalqımızın milli qurtuluşu oldu. Bununla damüasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandı. Bu mərhələdə xilaskarlıq missiyasını layiqincəyerinə yetirən Ulu Öndər müstəqilliyimizi bütüntəhlükələrdən və təhdidlərdən qətiyyətlə qorudu. MəhzHeydər Əliyevin sayəsində respublikamızda başqaldırmış separatçılıq meyillərinin qarşısı alındı, dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısıiflasa uğradıldı.
Milli Qurtuluşdan başlanmış siyasi proseslərinməntiqi davamı olaraq Heydər Əliyevin 1993-cü ilinoktaybr ayında Azərbaycan Prezidenti seçilməsi isərespublikamızda tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olundu. Heydər Əliyevin siyasi qətiyyətinin və müdrikliyininnəticəsi kimi ictimai-siyasi sabitlik təmin edildi, cəmiyyətimizdə əmin-amanlıq yaradıldı, iqtisadiyyatdatənəzzülə son qoyuldu, ölkəmiz inkişaf yoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycan ordusu nəinki Ermənistanın işğalçı hücumlarınınqarşısını aldı, o cümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi.
Beləliklə, Milli Qurtuluşdan başlanan dəyişikliklərqısa zamanda bütün sahələrdə özünü göstərməyəbaşladı. 1994-cü ilin may ayında cəbhədə atəşkəsinəldə edilməsi isə qarşıda duran vəzifələrin daha sürətləhəyata keçirilməsi üçün zəmin yaratdı. Dövlətquruculuğu prosesini uğurla həyata keçirən HeydərƏliyev müasir Azərbaycan dövlətini yaratdı, öz əməlləriilə xalqımızın Ümummilli Liderinə çevrildi.
15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqınıniftixar və ləyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali SovetininSədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası qüdrətliAzərbaycan dövlətinin qurulması ilə nəticələndi vəxalqımız bütün problem və təhlükələrdən alnıaçıq, layiqlişəkildə xilas oldu.
Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarix kimi qəbul edir.Böyük məmnunluqla qeyd etməliyik ki, Ulu ÖndərHeydər Əliyevin layiqli siyasi davamçısı olan cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldəetdiyi tarixi nailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolu, beynəlxalq birlikdə nüfuz sahibinə çevrilməsi MilliQurtuluşla başlanan qürur tariximizi daha daşərəfləndirir. Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isə göstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yolu Azərbaycanı həm də yenizəfərlərə aparır.
Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin təməlləri güclü və sarsılmazdır. Heç bir qüvvə Azərbaycan üçün təhlükə və təhdid doğura bilməz.
Xanlar Fətiyev
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.