AZ

“Hypers Quba” İkinci Liqanın rekordçusu oldu

“Hypers Quba” futbol üzrə Azərbaycan İkinci Liqasının 2024/2025-ci illər mövsümündə ən çox azarkeş toplayan komanda olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025-ci illər mövsümündə İkinci Liqanın oyunlarını bütövlükdə 31 min 930 tamaşaçı izləyib. Baş tutan 178 oyunda orta göstərici 179-a bərabər olub.

Tamaşaçı sayında Quba təmsilçisi hamını qabaqlayıb. Bu göstəricidə “Şəfa” ikinci, “Şəmkir” üçüncüdür. Yalnız dörd iştirakçıda orta tamaşaçı sayı 100-dən yüksəkdir. Bu üç komandadan başqa yalnız “Şəki Sitn”nin orta göstəricisi üç rəqəmlə ifadə olunub. Şəki təmsilçisi bir qarşılaşmanı tamaşaçısız keçirib.

Mövsümün rekordu 24-cü turun “Şəfa” – “Şahdağ Qusar” matçında qeydə alınıb – 4500 izləyici. 8-ci turun “Hypers Quba” – “Şahdağ Qusar” oyununda 2000, 25-ci turun “Hypers Quba” – “Şimal” görüşündə 1500 tamaşaçı olub.

Nəticələri ləğv olunan 1-ci turun “Hypers Guba” – “Saatlı-Araz” (1200 tamaşaçı) və “Şəki Siti” – “Şəmkir” (500 tamaşaçı), 11-ci turun “Dinamo” – “Hypers Guba” (10 tamaşaçı) oyunları, həmçinin tamaşaçısız keçirilən 21-ci turun “Şəki Siti” – “Qusar” görüşləri cədvəldə nəzərə alınıb. Dörd qarşılaşma – 7-ci turun “Şəfa” – “Lerik”, 13-cü turun “Qusar” – “Şahdağ Qusar”, 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” və “Ağdaş” – “Şimal” görüşləri baş tutmadığı üçün cədvəldə əksini tapmayıb.

 komandatamaşaçıoyunorta
1Hypers Guba768013591
2Şəfa664012553
3Şəmkir627013482
4Sheki City287013221
5Ağdaş11801298
6Şimal11351387
7Araz Saatlı11201386
8Şahdağ Qusar9351278
9-10Dinamo9501373
9-10Lerik9501373
11Kür-Araz8001362
12Füzuli5701344
13-14Qusar4001233
13-14Göygöl4301333
 Cəmi31930174184
Seçilən
17
1
arena.az

10Mənbələr