AZ

Bayram gününün havası açıqlandı

Azərbaycanda iyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Seçilən
55
31
publika.az

10Mənbələr