İraqın xarici işlər naziri Fuad Hüseyn və Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında keçirilən telefon danışığında İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
APA xəbər verir ki, bu barədə İraqın "INA" xəbər agentliyi məlumat yayıb.
Nazirlər qeyd ediblər ki, İran və ABŞ, eləcə də Avropa ölkələri arasında danışıqların davam etməsi regional gərginliyin azaldılması istiqamətində “əsas addım” hesab olunur.