ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin tezliklə bitəcəyinə inanır.
“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ lideri "The Atlantic" jurnalına müsahibəsində deyib.
O, Qəzzanın təslim olmağa hazır olduğunu söyləyib.
Tramp, həmçinin əlavə edib ki, çoxlu girov geri qaytarılıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəsi pozub. İsrailin Baş naziri Binyamin Netanyahunun Ofisi bunu Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtinası ilə izah edib. O, bildirib ki, zolaqda keçirilən əməliyyatın məqsədi bütün girovları azad etməkdir. HƏMAS hərbi əməliyyatların bərpasına görə İsrail və ABŞ-ni təqsirləndirib.(Report)