Hazırda İtaliya Futbol Federasiyasında çalışan əfsanəvi italiyalı qapıçı Canluici Buffon Cennaro Qattuzonun milli komandaya baş məşqçi təyin olunması xəbərinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Matteo Moretto sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Qattuzo İtaliya millisinin yeni baş məşqçisidir. Biz ən yaxşı seçimi etdik".
İyunun 5-də Qattuzo Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi postunu tərk edib. Qattuzo karyerası ərzində “Marsel”, “Valensiya”, “Napoli”, “Milan” və digər komandalara da rəhbərlik edib. DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin iki turundan sonra İtaliya millisinin aktivində üç xalı var və üçüncü yerdədir.