AZ

WSJ: İranın ali dini lideri Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb

İranın ali dini lideri Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmisinə istinadən məlumat yayıb.

O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının nüvə proqramının məhv edilməsi üçün potensial hədəfləri, o cümlədən Xameneini nəzərdən keçirir. Mənbənin sözlərinə görə, İsrail Ordusunun zərbələri təkcə İranın nüvə infrastrukturuna qarşı deyil, həm də onun siyasi və hərbi sabitliyini pozmaq üçün həyata keçirilir.

Seçilən
62
1
report.az

10Mənbələr