AZ

Müşavir: İraq təcavüz meydanı olmaq istəmir

Qahirə, 15 iyun, AZƏRTAC

İraq qonşu ölkələrə qarşı təcavüz meydanı olmaq istəmir.

AZƏRTAC xəbər verir ki, bunu İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Araci İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əl-Sadiqi ilə görüşündə bildirib.

Regionda son gərginliyin yaratdığı təhlükələrin nəzərdən keçirildiyi görüşdə İraq nümayəndəsi ölkəsinin mövqeyini vurğulayıb, eləcə də İraq ərazisinin hər hansı bir ölkə tərəfindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadə edilməsinin mümkün olmadığını diqqətə çatdırıb.

Bundan başqa, iraqlı müşavir ölkələrin və xalqların təhlükəsizliyinin və sabitliyinin qorunması üçün bölgədə gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

Seçilən
19
3
azertag.az

4Mənbələr