AZ

Ukrayna cəbhədə irəlilədi, Zelenski hərbçilərə təşəkkür etdi

Ukrayna ordusu Sumı vilayətində yerləşən Andreyevka yaşayış məntəqəsini ələ keçirib.

Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Ukraya lideri bildirib ki, ordu sərhəd bölgəsindəki Andreyevkanı azad edərək, Pokrovsk istiqamətində irəliləyib.

Ölkə rəhbərinin sözlərinə görə, iyunun 14-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib: “Sumı vilayətinin sərhəd rayonlarından rus qoşunlarını çıxarmağa nail oluruq. Bunun üçün bütün hərbçilərimizə təşəkkür edirəm”.


Telegram kanalımız
Seçilən
12
4
yenisabah.az

5Mənbələr