AZ

ABŞ Ukraynadakı drona qarşı mübarizə vasitələrini Yaxın Şərqə köçürüb – Heqset

ABŞ İranın mümkün hücumlarına hazırlıq çərçivəsində bazalarını qorumaq üçün Ukraynadakı dron əleyhinə mübarizə sistemlərinin bir hissəsini Yaxın Şərqə köçürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sensasion məlumatı ABŞ müdafiə naziri Pit Heqset Fox News telekanalına açıqlayıb.

Heqset bildirib ki, Konqresdəki dinləmələrdə ondan Pentaqonun həqiqətən də Ukraynadan Yaxın Şərqə drona qarşı sistemlərini köçürməsi ilə bağlı sual verilib: "Mən dedim, bəli, etdik".

O, izah edib ki, ABŞ regionda və dünyada öz xalqını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir, çünki müdafiə landşaftı dəyişib və “kiçik sistemlər” (dronlar - red.) ciddi təhlükə yarada bilər.

Heqset İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirmək qabiliyyətinə dair xəbərlər fonunda ABŞ ordusunun maksimum hazırlıqlı olduğunu: "Müharibə həqiqətən gözümüzün qabağında dəyişir - texnologiya, üsullar. Bu, qorxudur".

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr