AZ

Oğuzun Ərmənəd kənd məktəbində "Son zəng" ÇALINDI

Bu gün Oğuz rayon Ərmənəd kənd E. Hüseynov adına tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib. 

“Bakuinfo” xəbər verir ki, məktəbin həyətində baş tutan tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər, şagirdlər və şəhid ailələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nərmin Məcidli açaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. 11-ci sinifin sinif rəhbəri Xəyal Verdiyev çıxış edərək şagirdlərlə bağlı xatirələrini bölüşüb, onların hər birinin nailiyyətlərindən qürur duyduğunu bildirib.

Qeyd edək ki, məzunlar bu il keçirilən buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. 

Onlardan Hüseynova Gülay – 512 bal, Abdullayeva Selcan – 471 bal, Dadaşzadə İsmayıl – 465 bal və Kərimova Nuray – 420 bal toplayaraq yüksək nəticə əldə ediblər.

Seçilən
33
1
bakuinfo.net

2Mənbələr