Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi, eləcə də Vergilərə Nəzarət Komitəsi (VNK) müxtəlif idman növlərində fəaliyyyət göstərən idmançıların vergidən yayındığını müəyyənləşdirib."Football-plus.az" xəbər verir ki, shbət ümumilikdə 5,3 milyon lirəlik (təxminən 115 milyon avro) böyük bir məbləğdən gedir. VNK-nın açıqladığı məlumatda araşdırmanın komitənin tərkibində fəaliyyət göstərən Risk Analiz Mərkəzi tərəfindən aparıldığı qeyd olunub. Bu mərkəz martda, yəni gəlir vergisi bəyannaməsinin təqdim olunması üçün ayrılan son müddət tamam olandan sonra aralarında futbolçu, basketbolçu və voleybolçuların da yer aldığı 4588 peşəkar idmançının durumunu araşdırıb. Həmin idmançılarla bağlı açıq qaynaqlardan, eləcə də həqiqi maaşlarını ortaya qoyan bütün məlumatlardan istifadə edilib. Məhz bu araşdırmanın nəticəsində 4588 idmançıdan 310-nun real gəlirini gizlətməyə çalışdığı üzə çıxıb və ümumilikdə 5,3 milyon lirə məbləğində vergidən yayınma faktı qeydə alınıb. Türkiyə mətbuatının yazdığına görə 2024-cü ilə dair bəyannaməyə salmadıqları məbləğə açıqlıq gətirmələri üçün həmin 310 idmançının hər birindən izahat tələb olunub. Bu idmançılardan neçəsinin futbolçu olduğu barədə dəqiq məlumat olmasa da, 5,3 milyard lirənin 3,7 milyard lirəsinin futbolçulara aid olduğu üzə çıxıb. Basketbolçular 1,15 milyard lirəlik vergidən yayınıbsa, yerdə qalan məbləğ başqa idman növlərindəki idmançılara aiddi. Təbii ki, vergidən yayınanlar arasında əcnəbilər də var. Onların mövsümün sonunda Türkiyədən ayrılmaq ehtimalının olduğunu nəzərə alan VNK bu oyunçuların klublarını əvvəlcədən bununla bağlı məlumatlandırıb. Xüsusilə müqavilə müddəti bitən isimlərin vergidən yayınmaması məsələsində onların klublarının atacağı addımlardan çox şey asılıdı. Ad açıqlanmasa da, komitədən verilən məlumatda qeyd olunub ki, müqavilə müddəti bu yay bitən əcnəbi futbolçu ölkədən ayrılmaq ərəfəsində 70 milyon lirə (təxminən 1,5 milyon avro) məbləğində vergi ödəyib. Xəzinə və maliyyə naziri Mehmet Şimşək bununla bağlı verdiyi son açıqlamada bunları deyib:
“Gəliri yüksək olan şəxslərin vergidən yayınmamasına dair gördüyümüz çalışmalarda bu dəfə idmançılara yönəlmişik. Yüksək gəlirli idmançıların könüllü şəkildə təqdim etdikləri gəlir bəyannaməsində bəzi səhvlərə yol verdiklərini müəyyənləşdirmişik. Onlardan bunu düzəltmələrini gözləyirik. Əks təqdirdə həmin idmançılardan ödənilməyən vergi cəza şəklində tələb ediləcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.