ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Səhiyyə Nazirliyi milyonlarla manat dəyərində tibbi avadanlıqlar alır.
İqtisadiyyat.az xəbər verir, nazirliyin tabeliyində Səhiyyənin Təminat Mərkəzi bununla bağlı sifariş edib.
Belə ki, sifarişə 2 ədəd elektrocərrahi cihaz ( 200W), 2 ədəd portativ rentgen aparatı, 8 ədəd kardiomonitor, 2 ədəd defibrilyator, 1 ədəd USM- aparatı (exo), 10 ədəd inkubator (küvez), 10 ədəd CPAP aparatı (İnflant flow), 1 ədəd STA-aparatı (Yeni doğulmuşlar üçün), 1 ədəd USM-aparatı (Dopler), 1 ədəd TredMil stres ECG cihazı, 2 ədəd süni tənəffüs aparatı, 1 ədəd spectrophotometer və s tibbi avadanlıqlar daxildir.
Mərkəz sözügedən tibbi avadanlıqların alqı-satqısı ilə bağlı "Arash Meducal Company” ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 7 milyon manatdan artıqdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.