AZ

İran ballistik raketləri kosmosda vuruldu – ABŞ-ın THAAD sistemi İsrail üzərində işə düşdü

Yayılan görüntülərdə bu gecə İsrail üzərində ABŞ-ın THAAD (Terminal High Altitude Area Defense) hava hücumundan müdafiə sistemi vasitəsilə İrana məxsus ballistik raketlərin Yer atmosferindən kənarda məhv edildiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, kadrlarda yüksək sürətlə hərəkət edən raketlərin izlənməsi və havada partladılması anı əks olunur. Rəsmi təsdiq olmasa da, bu, THAAD sisteminin döyüş şəraitində istifadəsinin nadir nümunələrindən biri kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr