AZ

Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan

Son illər Ermənistanla Türkiyə arasında fəal dialoq qurulub. Azərbaycanın sülhə nail olmaq istəyini də görürük.


News365.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən GLOBSEC 2025 forumunda deyib.


Paşinyan vurğulayıb ki, hazırda Türkiyə və Ermənistan birbaşa təmasdadır, halbuki əvvəllər üçüncü dövlətlərin vasitəçiliyi olmadan bu mümkün deyildi:


"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə görüşümüz olub və bu görüşlər konstruktiv olub. Düzdür, hələ ki, yerlərdə nəzərəçarpacaq nəticələrimiz yoxdur, amma mühüm irəliləyiş əldə etmişik. Üç il əvvəl Ermənistan hər hansı məsələdə Türkiyənin mövqeyini aydınlaşdırmaq istəyirdisə, üçüncü ölkənin vasitəçiliyinə əl atmalı idi”.


Baş nazir ümid edir ki, bu proses diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq. Onun fikrincə, bu, zaman məsələsidir:


"Bu, həm də daha geniş regional iqtisadi gündəmlə bağlıdır. Amma qeyd etdiyim kimi, biz davamlı sülhün bərqərar olması gündəliyi ilə ardıcıl olaraq irəliləyirik. Bu, bizim borcumuzdur və buna nail olmaq əzmindəyik.


Azərbaycanın sülhə nail olmaq istəyini də görürük. Əlbəttə, bəzi nüansları nəzərə almaq lazımdır, lakin mən Ermənistanın baş naziri kimi bunu edə biləcəyi

mizə əminəm".


Seçilən
28
6
news365.az

7Mənbələr